19 Mart 2016 17:08
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Respublikaçı Alternativ Hərəkatından (REAL) istefaların olması haqqında məlumat yayılıb.

Bildirilib ki, REAL İdarə Heyətinin üzvü Rövşən Ağayev qurumdan istefa verib, lakin indiki məqamda bu qərarını ictimailəşdirmək istəməyib. REAL rəhbərliyi də, cəmiyyətə istefa barədə açıqlama verməyib.

Məlumatda qeyd edilib ki, iqtisadçı Rövşən Ağayevin qurumdan istefa verməsinə səbəb ictimai təşkilatın siyasi partiyaya çevrilməsidir. Məlumatdan belə anlaşılıb ki, iqtisadçı REAL Hərəkatının siyasi partiyaya çevrilməsini arzu etmir və buna qarşıdır. Məhz bu səbəbdən də, iqtisadçı ictimai təşkilatdan ayrılıb, lakin REAL-ın nüfuzuna xələl gəlməsin deyə bunu açıqlamayıb. Xəbərdə xüsusilə vurğulanıb ki, əslində bu mərhələdə çoxlu sayda insan REAL Hərəkatından getmək istəyirl, lakin İlqar Məmmədovun həbsdə olması səbəbdən burada formal olaraq qalmaqda davam edirlər.

Teleqraf.com xəbər verir ki, Rövşən Ağayev bu haqda yayılan xəbərə münasibət bildirib. O, facebook.com şəbəkəsində bəyan edib ki, barəsində istefaya getməsi haqda xəbər hazırlayarkən özünün mövqeyini soruşmayıblar. İqtisadçı qeyd edib ki, REAl Hərəkatının İdarə Heyətinin üzvülüyündən və qurumdan istefa verməsi haqqında xəbər əsassızdır. Onun fikrincə, bu haqda məlumat yazılarkən yanlış mənbəyə əsaslanıblar.

Cavidan


Müəllif:

Oxşar xəbərlər