Vaşinqtonda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.
Teleqraf.com "Azərtac" agentliyinə istinadla xəbər verir ki, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, ABŞ nümayəndə heyətinə isə müdafiə katibi köməkçisinin müavini Maykl Karpenter rəhbərlik edib.
Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak ediblər.