24 Mart 2016 12:04
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin həbsdə olan sədri İntiqam Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı kasasiya protesti verib.

Bu barədə Teleqraf.com-a İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, baş prokuror Zakir Qaralovun imzası ilə yazılan protest Ali Məhkəmənin Plenumuna təqdim edilib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, prokurorluğun protesti Plenumda icaarata götürülüb və şikayətə martın 28-də baxılacaq.

2014-cü ilin avqustun 8-də həbs olunan İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İntiqam Əliyev apellyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kasasiya şikayəti Ali Məhkəmədə təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər