27 Mart 2016 13:45
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Ərəstun Oruclu Amerikadakı seçkilərdən yazıb.

Teleqraf.com xəbər verir ki, Ə.Oruclu Demokratların namizədi Sandersin digər namizəd Klinton üzərindəki dünənki qələbəsinin mediada işıqlandırılmaması ilə bağlı maraqlı faktlara toxunub:

“2000-ci ildə Yaşıllar partiyasından ABŞ prezidentliyinə namizəd olmuş Ralf Nayder (Ralph Nader) The Washington Post qəzetində o zaman seçkilərə qatılması səbəbindən Demokratlar partiyası tərəfindən hansı təzyiqlərə məruz qalması barədə məqalə yazıb. Müəllif məqaləsində həmçinin Demokratlar partiyasından namizədliyini irəli sürmüş senator Bernie Sandersin də partiya tərəfindən təzyiqlərə və ayrı-seçkiliyə məruz qalmasının onun üçün ilk gündən gözlənilən olduğunu qeyd edir. Belə ki, Sandersin dünən 3 ştatda (Havay, Vaşinqton, Alyaska) keçirilən praymerizlərin hamısında Demokratların əsas namizədi olan Hillari Klintona çox böyük hesabla (70%-dən yuxarı) qalib gəlməsi ABŞ-ın demək olar ki, bütün aparıcı mediası tərəfindən iqnor olunur, işıqlandırılmır.

Amma araşdırmaçılar bunun da faciə olmadığını qeyd edirlər, çünki internet dönəmində CNN və MSNBC kimi telekanalların ictimai rəyə təsiri bir o qədər də güclü deyil. Ən azı ona görə ki, bu tip ənənəvi telekanalların tamaşaçı auditoriyasının orta yaş həddi təxminən 65 yaş civarındadır. Seçki prosesinin işıqlandırılmasında ABŞ-ın aparıcı mediasının ona qərəzli yanaşmasına münasibətini senator Sandersin özü də dəfələrlə etiraf edib. Bu günlərdə dünyada ən əhatəli internet tv kanalı sayılan TYT (The Young Turks) Networks-ün aparıcısı Cenk Uyğur-a verdiyi müsahibəsində senator bir sutka ərzində The Washington Post qəzetində ona qarşı 16 (!!!) məqalə dərc olunduğunu söyləmişdi”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər