Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) qərargahında “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda əfv sərəncamı qərarı müsbət qiymətləndirilib.
Partiyalar həmçinin 31 mart soyqırımının ildönümündə Şəhidlər Xiyabanını ziyarətlə bağlı qərar veriblər.
Qeyd edək ki, Toplantıda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Aydınlar Partiyası, Azadlıq Partiyası və Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrləri iştirak edib.
Nemət