2 Aprel 2016 19:38
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə bağlı İlham Əliyevə başsağlığı verib.

Teleqraf.com-un “Anadolu” agenliyinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda olan Türkiyə Prezidenti azərbaycanlı həmkarına telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan qoşunların təmas xəttindəki qarşıdurmalarda şəhid olan Azərbaycan əsgərləri ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib, Türkiyə xalqı və şəxsən öz adından şəhid olan əsgərlərimizin ruhuna Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər