4 Aprel 2016 13:22
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi Tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub.

Belə ki, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya Herseqovinan sabiq baş naziri Zlatko Laqumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.

Bosniya və Herseqovinan sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zlatko Laqumdzija bu ilin martın 10-11-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.

Səxavət


Müəllif: