5 Aprel 2016 13:38
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma fonunda gənclər sosial mediada informasiya müharibəsinə başlayıb. Azərbaycanlılarla ermənilər arasında sosial şəbəkələrdə müxtəlif həştəqlər altında savaş gedir.

İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov Teleqraf.com-a açıqlamasında deyib ki, azərbaycanlı gənclər sosial şəbəkələrdə erməni aktivistlərin cavabını vermək üçün fəallıq göstərir: “Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 25 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də, Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur və bununla yanaşı bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. Artıq 3 gündür ki, sosial şəbəkə məlumatlarında erməni tərəfi dezinformativ məlumat paylaşır.

Çox sevindirici haldır ki, gənclər sosial şəbəkələrdə xüsusilə feysbuk, tvitterdə erməni aktivistləri tərəfindən gündüz və gecə paylaşılmış bütün məlumatlara layiqli cavab verir. Məhz bu səbəbdən Gənclər Təşkilatları öz sıralarında olan gənclərlə birgə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak etməlidir. Cənab Prezidentin siyasi iradəsi nəticəsində bir neçə gün ərzində əldə etdiyimiz uğurlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara sosial şəbəkələr vasitəsilə daha dolğun formada çatdırır. Bu aksiyaya hər bir azərbaycanlı gənc qoşulmalıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər