12 Aprel 2016 14:38
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə komitə üzvləri cəbhə xəttində şəhid olan qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra iclasda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri müzakirə edilib.

Komitənin sədri Aqiyə Naxçıvanlı qanun layihələrində dəyişikliklər barədə məlumat verib.

Birinci qanun layihəsində dəyişikliyə əsasən, 15-ci maddəyə "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması müvafiq qanunla tənzimlənir" cümləsi əlavə ediləcək.

Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində dəyişikliyə əsasən, "33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək", "34.1.2-1. uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək", "40.3.7-1. Bu Qanunun 33.1.3-1.-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı)" cümlələri əlavə ediləcək.

Dəyişikliklər telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin bu cür informasiyadan qorunması məqsədilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur.
Çıxış edən deputatlar dəyişikliklərin zəruriliyini qeyd ediblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bəkir


Müəllif:

Oxşar xəbərlər