Moskvada yaşayan azərbaycanlı jurnalist, bir neçə gün öncəyədək Türkiyənin “İhlas” Xəbər Agentliyinin xüsusi müxbiri olaraq çalışmış Fuad Abbasov müraciət yayıb.
Teleqraf.com xəbər verir ki, F.Abbasov Feysbukdakı profilində həmvətənlərinə, eləcə də Türkiyə, Rusiya və digər ölkələrdəki dostlarına müraciətində işdən çıxarılmasından sonra ona dəstək verənlərin sayının minlərlə olduğunu bildirib: “Dünən paylaşdığım son statusuma minlərlə insanın rəy bildirməsi məni çox sevindirdi. Həm Rusiyadan, həm Türkiyədən, həm də Vətənim Azərbaycandan və dünyanın bir çox ölkəsindən çox sayda şəxsi mesaj almağım qürurverici bir hal oldu.
Təəssüf ki, sayı 800-ə yaxın olan rəylərin və 300-dən çox özəl mesajların hamısına vaxtında cavab yaza bilmirəm. Ancaq inanın ki, hər birinizin rəyi və mesajları mənim üçün çox dəyərlidir. Yazmış olduğunuz isti sözlərə görə sizlərə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun!”
F.Abbasov daha sonra e-mail ünvanını yazıb: “Ürəyinizdən keçən hər şeyi, istər tənqid, istərsə də, tövsiyələrinizi bu ünvana yaza bilərsiniz. Biz hamımız bir Vətənin övladlarıyıq və nə olursa olsun, ölkəmiz üçün bu çətin günlərdə gücümüzü birləşdirməliyik”.
Səxavət