15 Aprel 2016 01:38
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltman ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirildi. Foruma hazırlıq prosesinin başa çatmaqda olduğu vurğulandı, tədbirlə bağlı bir sıra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı BMT-nin Baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edildi. BMT Baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın təxribatçı əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırıldı.


Müəllif:

Oxşar xəbərlər