Parlamentin plenar iclasında spiker Oqtay Əsədov bəzi deputatların aprelin əvvəlində cəbhədə baş verən hərbi əməliyyatları müharibə kimi təqdim etməsi ilə razılaşmayıb.
Teleqraf.com-un xəbərinə görə, spiker deputatlara xatırladıb ki, Azərbaycan müharibə aparmayıb: “Bunu bir çoxları müharibə kimi təqdim edir. Müharibə aparılsaydı, bir həftəyə hara gedib çıxacağımızı yaxşı bilirsiniz. Biz birtərəfli şəkildə atəşkəs elan etdik. Azərbaycan ordusu və dövləti gücünü ortaya qoydu. Bu, müharibə deyildi. Sadəcə toqquşma idi. Erməni təxribatına cavab idi. İndi sülh danışıqları gedir. Hesab edirəm ki, bu, ermənilərin sülh danışıqlarına gəlməsi üçün yaxşı nümunədir”.
Nemət