Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarıldı.
Spiker Oqtay Əsədov bildirdi ki, MSK-nın tərkibi 18 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən, 6 nəfəri azlıq təşkil edən, 6 nəfəri isə bitərəf deputatların təmsilçiləridir.
Millət vəkillərinin çıxışlarından sonra MSK-nın yeni tərkibi səsverməyə çıxarılaraq təsdiqləndi.
Siyahıda Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazovun adı var.
Nemət