19 Aprel 2016 13:24
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin təyinatına münasibət bildirib.

Rövşən Rzayev Teleqraf.com-a açıqlamasında deyib ki, Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunan rumıniyalı parlamentar Sezar Florin Preda çox ciddi və təcrübəli siyasətçidir: “O, ciddi yanaşma tərəfdarıdır”.

Deputat AŞPA-nın yaz sessiyasının gedişindən də söz açıb. O, erməni deputatların böhtan xarakterli çıxışlar etdiyini deyib: “Erməni deputatlar həmişə olduğu kimi böhtan, qərəzli və işğalçı düşüncələrini yenə davam etdirir. Azərbaycan nümayəndə heyəti tərəfindən tutarlı və arqumentli cavablar verildi. Bizim yanaşmamız AŞPA parlamentariləri tərəfindən dəstəklənir”.

Qeyd edək ki, Azərbaycan üzrə yeni həmməruzəçi rumıniyalı parlamentar Sezar Florin Preda bu vəzifədə ispaniyalı deputat Aqustin Kondeni əvəzləyib. O, AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir. Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi avstriyalı parlamentar Stefan Şennakdır.

Nərgiz


Müəllif: