Dünən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda görülən işlər və qərarların icrası, ölkədə mövcud ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər, məclisə hazırlıq, ADR Hərəkatının dövlət qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə təkrar müraciət və cari məsələlər müzakirə olunub.
ADR Hərəkatının sədri ötən iclasdan keçən dövr ərzində görülən işlər barədə çıxış edərək Bakı şəhər və işğal altında olan rayon təşkilatlarının sərdlərinin iştirakı ilə keçirlən tədbir, Füzuli, Cəbrayıl, Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşlər, Salyan, Cəlilabad və Masallı rayonuna səfər barədə məlumatlandırıb.
Gündəliyin bu məsələsi ilə əlaqədar Qubad İbadoğlu İH üzvlərini Bakıda aparıcı ölkələrin (ABŞ, Avropa Birliyi, Böyük Britaniya, İsçev və Norveç) diplomatik korpusların başçıları ilə keçirdiyi görüşlərə dair məlumatlandırıb. İH-nin iclasında Qubad İbadoğlu həmçinin ölkədə mövcud ictimai-siyasi proseslər haqqında geniş məruzə edib. Məruzə ətrafında fikir mübadiləsi aparılıb.
Gündəliyin təşkilatı məsələlər hissəsində ADR Hərəkatının qadın və gənclər qollarının fəaliyyətinə dair hazırlanmış əsasnamə layihəsi müzakirəyə çıxarılıb və regionlara növbəti səfərlərin qrafiki müəyyənləşdirilib.
Məclisin noyabrın 1-ci on günlüyündə keçirilməsinə qərar verib. Bununla əlaqədar olaraq Məclisin komissiyaılarının formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Məclisdə “İqtisadi siyasət və sosial rifah”, “Elm və təhsil”, “Tibb və ekologiya”, “Qarabag və işğal altında olan rayonlarla iş”, “İnsan haqları”, “Avrointeqrasiya” komissiyalarının yaradılması təklifi ilə çıxış etsin.
Cari məsələlərdə mayın ortalarında ADR Hərəkatının təşəbbüsü ilə “Çağdaş səhiyyənin durumu: mövcud problemlər və çıxış yolları” mövzusunda mütəxəssislərin iştirakı ilə müzakirələr planlaşdırılıb.
Cavad