25 Aprel 2016 20:28
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlar son zamanlarda müşahidə etdiyimiz zorakılığın qarşısını almaq üçün zəruridir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İrəvanda səfərdə olan Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir deyib.

O, özü ilə Fransa hökuməti və prezidenti adından danışıqların bərpa edilməsi istiqamətində mesaj gətirdiyini söyləyib.

Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi münaqişənin nizama salınması üçün səylərini əsirgəmir: “Fransa Rusiya və ABŞ həmsədrləri ilə birlikdə Madrid prinsiplərinin – güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququnun reallaşdırılması üçün bütün səylərini ortaya qoyur. Münaqişənin nizama salınması bu üç prinsipə əsaslanmalıdır. Biz davamlı sülh yaratmaq üçün səylərimizi birləşdirməliyik”.

Arlem Dezir sabah Bakıya gələcəyini və Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcəyini qeyd edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər