26 Aprel 2016 11:42
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu-York Tayms” qəzeti Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Samirə Səfərovanın aprelin 19-da sözügedən qəzetdə dərc edilmiş qərəzli məqaləyə münasibətdə cavab məktubunu dərc edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, cavab məktubu “Nyu-York Tayms”ın redaksiyasına qəzetin Moskvadakı müxbiri Andryu Kramerin müəllifi olduğu “Etnik münaqişə olan müharibə zonasında kosmopolit vahə inkişaf etməkdədir” başlıqlı qərəzli məqaləsi ilə əlaqədar ünvanlanıb.
Cavab məktubunda müəllifin etnik təmizləmə aparılmış ərazinin vahə (oazis) adlandırmasının mənəvi cəhətdən doğru olmadığı vurğulanır və eyni zamanda doğma yurdlarına qayıtmağı hələ də gözləyən məcburi köçkünlərin mövcudluğu xatırladılır.

Bildirilir ki, məqalədə yüz minlərlə öz doğma diyarından didərgin düşmüş azərbaycanlıların acınacaqlı vəziyyətinin və Qarabağın Azərbaycan üçün əhəmiyyətinin əks etdirilməməsi təəssüf doğurur. Həmçinin, qeyd edilir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini keçmiş sovet məkanındakı oxşar ərazi münaqişələrindən fərqləndirmək məqsədilə Qarabağda xaricdəki erməni diasporunun fəaliyyətinə istinaddan istifadə edilir. Sonda müəllifə Ermənistanın öz suverenliyini de-fakto itirməsi və Ermənistanda hökm sürən acınacaqlı iqtisadi və demoqrafik tənəzzül məsələlərinə daha yaxından diqqət yetirməsi tövsiyə olunur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər