26 Aprel 2016 16:59
2 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın xarici siyasətindən narazı qalıb və buna görə Qərb ölkələri arasında özünə dəstək axtarır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya İslam Komitəsinin nümayəndəsi Heydər Camal deyib.

Heydər Camalın sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla sülh danışıqlarının bərpası prosesinə qatılmamaqla Moskvanı siyası şantaj etmək fikrinə düşüb.

Ekspert bildirib ki, Sarkisyanın bu bəyanatının bir neçə səbəbi var: "Birinci səbəb Ermənistan ordusunun Qarabağda məğlubiyyətidir. İkinci səbəb Moskva ilə müttəfiqlik münasibətlərinin kəskin zəifləməsidir. Üçüncüsü, erməni lobbisinin köməyi ilə Qərbin diqqətini bu məsələyə cəlb edib, onlardan dəstək almaqdır.

Bu, Rusiyaya qarşı şantaj deməkdir. Dördüncü səbəb Qarabağı beynəlxalq aləmdə qaynar nöqtələrdən birinə çevirməkdir.

Ermənistan prezidentinin bəyanatı Qarabağda bir sıra məsələləri dəyişir - hər iki tərəfin siyasi manevrlər üçün məkanı daralır və münaqişənin hərb yolu ilə həlli sürətlənir".

Heydər Camalın sözlərinə görə, hərbi yol Ermənistan üçün əlverişsizdir: "Bu, İrəvan hakimiyyətinin məğlubiyyəti deməkdir və buna görə də danışıqlardan imtina uzun zaman aparmayacaq. Hər şey hərbi əməliyyatların növbəti hissəsinin hansı istiqamətdə və necə getməsindən asılı olacaq. Hələlik Ermənistanın nəyə arxayın olduğu məlum deyil. Danışıqlardan imtina vəziyyətində döyüşlər qaçılmazdır və bunun nə qədər davam edəcəyini, nə qədər qanın axıdılacağını demək çətindir".

Sonda ekspert əlavə edib ki, İrəvan faktiki olaraq Moskvanın Bakı ilə münasibətindən və Rusiyanın Azərbaycana silah satmasından narahatdır: "Ancaq İrəvan başa düşməlidir ki, Azərbaycan öz hərbi-sənaye bazasını yaradıb. İkincisi, Azərbaycan tək Rusiyadan deyil, Ukrayna, Belarus, Türkiyə, İsrail və Çindən də silah ala bilər. Rusiya regionada silah bazarını öz əlində cəmləşdirməyə çalışır. Əks halda bu bazara başqaları yiyələnəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər