29 Aprel 2016 11:00
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti İmperator Akixito tərəfindən ordenlərlə təltif edilmiş 91 nəfər xarici namizədin adlarını açıqlayıb.

Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, təltif olunan arasında Azərbaycan baş nazirinin müavini Abid Şərifovun da adı var.

A.Şərifov Yaponiya və Azərbaycan arasında dostluq və xüsusilə iqtisadiyyat sahəsində tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi üçün göstərdiyi dəstəyin və töhfələrin, eləcə də iki ölkə arasında qarşılıqlı anlaşmanın təşviqinin tanınmasına görə geniş lentli Gündoğar Ordeni ilə təltif olunub. (“Report”)


Müəllif: