“Bəzən bir futbolçunun digər kluba transfer olmasını mətbuat bir qədər başqa formada təqdim edir. Yazırlar ki, futbolçu 30 milyona satıldı. Axı futbolçu insandır, o necə satıla bilər?”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında müzakirələrdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, əslində, bir futbolçunun digər kluba transfer olması iki klublar arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir: “Hesab edirəm ki, bu məsələyə bir qədər həssas yanaşılmalıdır”.
Nemət