6 May 2016 17:26
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davudoğlunun istefasına iki nəfərin qarşıdurması kimi baxmaq doğru deyil. Bu, bir sistem böhranıdır. Başqanlıq sisteminə keçidə nail ola bilməyən Erdoğan səlahiyyətsiz qalıb. Parlament respublikalarında prezidentlər öz təşəbbüslərilə qərar verə bilmirlər. Partiya rəhbəri olmaq da onlara qanunla yasaqlanıb. Buna baxmayaraq, Erdoğan siyasətçi kimi davranmağa davam edir və bununla Ana Yasanı açıq şəkildə pozur”.

Teleqraf.com xəbər verir ki, bunu REAL İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib.

E.Qədirli əlavə edib ki, Ərdoğan Davudoğlunu rəsmən vəzifədən çıxara bilmədiyinə görə, partiyanın (AKP-nin) içində ona problemlər yaratmağa girişdi: “Parlament respublikalarında partiyalar siyasi hakimiyyətə gəlməyin və orada qalmağın tək legitim yoludur (təbii ki, seçkilər vasitəsilə). Partiyada üstünlüyünü əldən verən kəs, dövlətdə də hakimiyyətdən getməli olur. Ərdoğanın paradoksal (həm də Ana Yasaya zidd) durumu ondadır ki, o, partiyadan rəsmən getsə də, partiyaya təsirini əlində saxlaya bilib, Davudoğlu da bunu gözardı edib. Davudoğlunun başına gələnlərin anlamı budur”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər