12 May 2016 13:27
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti cəbhə bölgəsində aprel hadisələrini nəzərə alaraq qənaətli iş rejiminə keçib.

Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Ovik Abramyan hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə, Prezident Aparatının xərclərini azaltmaq və qeyri-məhsuldar xərcləri kəsmək lazımdır. O.Abramyan bildirib ki, qənaət rejiminə ezamiyyətlər, xarici nümayəndəliklərin xərcləri, xidməti maşınlar və bir çox başqa şeylər daxil edilməlidir.

O, Maliyyə Nazirliyinə və Prezident Aparatına bir həftə ərzində optimal təkliflər təqdim etməyi tapşırıb.
Qeyd edək ki, aprelin 2-5 tarixlərində Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmalar zamanı Ermənistana məxsus çoxsaylı döyüş silah və sursatları, o cümlədən canlı texnika məhv edilib.

Məhz Dağlıq Qarabağda yaranan situasiya Ermənistanı qənaət rejiminə keçməyə sürükləyib. Ovik Abramyan dolayı yolla bunu öz ifadəsində təsdiqləyib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər