Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında olacaq.
Bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov məlumat verib. Lavrov qeyd edib ki, danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. “Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq".
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin 3+2 formatında görüşü, həmçinin Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilib.