Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, ictimaiyyət nümayəndələri Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərin məzarı üzərinə gül qoyub, ruhlarına dualar oxuyublar. Bu barədə Teleqraf.com-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.
QAT sədri Akif Nağı ziyarət zamanı deyib: “Son Vyana görüşləri də göstərdi ki, torpaqlarımızı yalnız hərbi yolla işğaldan azad edə bilərik. Azərbaycan danışıqlardan imtina edib, müharibəyə başlamalıdır. Yüz minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”.
Aksiya iştirakçıları işğalçılara nifrətin ifadəsi olaraq Ermənistan bayrağını tapdalayıb, sonra yandırıblar.
Səxavət