18 May 2016 16:22
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvləri Bakıda məskunlaşan Krım tatarları icması ilə birlikdə Şəhidlər Xiyabanını və Türk Şəhidliyi Abidəsini ziyarət ediblər.

Teleqraf.com-un məlumatına görə, ziyarət 1944-cü ilin mayın 18-də Krım türklərinin deportasiya olunmalarının və 1992-ci ilin mayın 18-də Laçın rayonunun işğalının ildönümünə həsr olunub.

Bildirilib ki, Azərbaycan və tatar xalqları üçün ağrılı bu gündə Şəhidlər Xiyabanı və Türk Şəhidliyi Abidəsinin ziyarət edilməsi rəmzi xarakter daşıyır. Belə ki, “Borçalı” İctimai Cəmiyyəti ziyarətlə sürgün qurbanlarını və Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini anıb.

Qeyd edək ki, 1994-cü ilin mayın 18-20-də SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) əməkdaşları Krım yarımadasında yaşayan türklərin evlərinə doluşaraq onları dəmiryolu vağzalına gətiriblər. Buradan isə 70-ə yaxın yük qatarı vasitəsilə onları Orta Asiyaya, əsasən də Özbəkistana sürgün ediblər. Krım tatarlarının deportasiyasına dair fərman dərhal icra olunub və yarımadanın demək olar bütün tatar əhalisi sürgün olunub. Əməliyyata 32 minə yaxın NKVD işçisi cəlb olunub. Onlar sadəcə evlərə doluşaraq evin sahibinə “Vətənə xəyanət”ə görə Krımdan köçürüldüklərini bildiriblər. Krım əhalisinə öz əşyalarını götürmək üçün cəmi 15-20 dəqiqə vaxt verilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər