Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada keçirilən görüşün nəticələrinə münasibət bildirib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin işğalçı Ermənistanla ərazisi işğal olunmuş Azərbaycana eyni mövqedən yanaşması beynəlxalq hüquq normalarına, siyasi əxlaqa ziddir.
İdarə Heyəti millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə amnistiya aktının qəbul edilməsini humanizm baxımından təqdir edib.
İdarə Heyəti ucqar əyalətlərdən gətirilən xəstələrin paytaxt Bakıda müalicə olunması ilə bağlı qoyulan məhdudiyyətərdən narahat olduğunu ifadə edib, eyni zamanda tibbi sığorta sisteminə keçirilməsini təklif edib.
Nemət