23 May 2016 16:29
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin dörd dəfə Çinə səfər etdiyini xatırladan Prezident Administrasiyasının rəhbəri Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin hər iki ölkəyə fayda verdiyini vurğuladı, parlamentlərarası münasibətlərin də inkişaf etdiyini bildirdi.

Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi, əlaqələrin perspektivlərindən danışdı. Qeyd etdi ki, Çində ulu öndər Heydər Əliyevin xatirəsi daim hörmətlə anılır və Prezident İlham Əliyevə böyük ehtiram var.

Görüşdə bildirildi ki, hər iki ölkənin dövlət başçıları arasında sıx əlaqələr, həmçinin xalqlarımızın tarixi dostluq münasibətləri əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Söhbət zamanı Çinin Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyası - Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası, habelə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər