1 İyun 2016 12:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatın sabiq başqanı İsa Qəmbərin keçmiş müşaviri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatında sədr müavini olan Səxavət Əlisoy müxalifət liderlərini sərt tənqid edib.

Teleqraf.com-un məlumatına görə, Səxavət Əlisoy özünün Feysbuk profilində qeyd edib ki, bəzi müxalifət liderləri partiyasında təmsil olunan imkanlı şəxslərin hesabına yaşayır. Onun sözlərinə görə, hətta müxalif liderlər ailəsinin maddi problemini də həmin partiya üzvlərinin pulu ilə həll edir: “Azərbaycanda bəzi müxalifət liderləri qarınotarmaya aludə olub.

Rəhbərlik etdiyi təşkilatda bir az gəliri olan adamlar sayəsində yeyib-içirlər. Təkcə qarınla iş bitmir, ev-eşiklərinin də maddi problemi o adamların çiyninə yüklənir. Bir “lider” ki, qarnını otardı, vay o təşkilatın halına. Kənddə danaotaran, qarınotaran “lider”dən qat-qat ləyaqətlidir!”

Kəmalə


Müəllif:

Oxşar xəbərlər