3 İyun 2016 16:28
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Araşdırma Mərkəzinin əməkdaşları bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olublar.

Bu barədə Teleqraf.com-a SAM-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə SAM-ın direktoru Fərhad Məmmədov açıb. Qapalı görüşdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Araşdırma Mərkəzinin direktoru Hadi Süleymanpur “İranın postsanksiya dövründə qlobal və regional (Orta Şərq və Cənubi Qafqaz) məsələlərə yanaşması” və SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi “Azərbaycan-İran münasibətləri” mövzularında çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər