7 İyun 2016 14:42
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ukraynanın Azərbaycandakı səfiri Oleksandr Mişenko ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-Ukrayna münasibətləri, “Şərq tərəfdaşlığı”, GUAM, Dağlıq Qarabağ, Krım və digər məsələlər müzakirə olunub.

ALDP sədri Ukrayna hökumətinin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqeyinə və Azərbaycanı dəstəklədiyinə görə səfirə öz minnətdarlığını bildirib.

Nemət


Müəllif:

Oxşar xəbərlər