Hazırda “Borçalı” Cəmiyyətinin təşəbbüsü ilə Piral İdman Klubunun zalında İsaxan Aşurovun xatirəsinə cudo yarışı keçirilir.
Teleqraf.com xəbər verir ki, yarışmada yüzdən çox cudoçu iştirak edir.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, açılış törənindən sonra Qafqazın qara zurnasının cəngisi ilə yarış başlayıb.
Artıq 4 çəki dərəcəsində qaliblər mükafatlandırılıb. Yarış davam edir. Yarışda Borçalı Cəmiyyəti İH, gənclər komitəsi rəhbərliyi və idman ictimaiyyətinin üzvləri iştirak edirlər.
Cavad