27 İyul 2016 13:22
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-dən "Mançester Yunayted"ə keçən Zlatan İbrahimoviç ABŞ-ın "Myami" klubunun sahibi Devid Bekhemin transfer təklifini rədd edib. Fanat.az xəbər verir ki, bu barədə isveçli ulduz özü məlumat verib.

"Devid çox yaxşı dostumdu. Məndən sahibi olduğu "Myami"də oynamaq istəyib-istəmədiyimi soruşdu. Amma təklifini qəbul etmədim. İndi "Mançester Yunayted"lə böyük uğurlara imza atmaq istəyirəm. MLS-ə hörmətlə yanaşıram, gələcəkdə hər şey mümkündü".

Çox sayda transfer təklifi aldıını bildirən İbrahimoviç "Bu qədər çox təklif almaq Zlatan üçün normal idi. MLS klublarının mənimlə maraqlandığını bilirəm. Amma "Mançester Yunayted"də oynamaq və dostum Joze Mourinyo ilə yenidən çalışmaq fürsətini qaçıra bilməzdim" deyib.

Oktyabr ayında 35 yaşı tamam olacaq veteran ulduz özünü hələ də güclü hiss etdiyini bildirib: "40 yaşına qədər oynaya biləcəyimi hiss edirəm. Qarşımda hələ uzun sayıla biləcək bir yol var. Bu səbəbdən gələcəkdə hər şeyin mümkün olduğunu deyə bilərəm".


Müəllif:

Oxşar xəbərlər