Azərbaycanın və “Qəbələ” idman klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Teleqraf.com xəbər verir ki, idmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz “Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib.
Altı raund davam etməli olan görüş ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Z.Atakişiyev birinci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.