Həmyerlimiz Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" yoxlama oyununda qüvvəsini sınayacaq.
Teleqraf.com xəbər verir ki, "Trabzonspor" Vyananın "Qarabağ" (Avstriya) klubuyla qarşılaşacaq. Bu barədə məlumatı Trabzon klubunun rəmsi "facebook" səhifəsi yayıb.
Xatırladaq ki, azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriya 2-ci Landesliqasının çempionu olub. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdi.