13 Avqust 2016 23:37
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçıları Hindistanın Bhubaneşvar şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında mübarizəni davam etdirirlər.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, beş turdan sonra Azərbaycan şahmatçısı Nərmin Soyunlunun aktivində 2,5 xal var. Rusiyalı Dinara Dorjiyeva 4,5 bal toplayaraq Filippin təmsilçisi Canel Freyn ilə ilk sıranı bölüşür.

Turnirdə Azərbaycanın ikinci təmsilçisi Aqil Pirverdiyev də 2,5 xal toplayıb. Oğlanların yarışında 4,5 xalla Hindistan nümayəndəsi - qrossmeyster Murali Kartikeyan liderlik edir.

Avqustun 13-14-də yarışların altıncı və yeddinci turları keçiriləcək. Sonra iştirakçılara birgünlük istirahət veriləcək.

Yarışlara avqustun 21-də yekun vurulacaq.

İsveçrə sistemi üzrə keçirilən turnir 13 turdan ibarətdir.


Müəllif:

Oxşar xəbərlər