17 Avqust 2016 21:38
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lill”lə oyundan xeyli vaxt keçib. Hər hansı eyforiyadan söhbət gedə bilməz. Bizim işə yanaşmamız fərqlidir. Hər zaman futbolçulara izah edirik ki, onlar yalnız inkişafı düşünməlidilər. Uğur qazanmaq da olar, uduzmaq da”.

Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində "Maribor"la oyun öncəsi deyib.

Ukraynalı mütəxəssis rəqib haqda bunları söyləyib:

“Rəqibi hərtərəfli analiz etmişik. “Maribor” haqda kifayət qədər məlumatımız var. Futbolçular da nə etməli olduqları bilirlər”.

Qriqorçuk özü üçün sabahkı görüşdə meydana buraxacağı “11-liy”i müəyyənləşdridiyini bildirib:

“Start heyətini özlüyümdə böyük ölçüdə müəyyənləşdirmişəm. Amma müxtəlif variantlar da var. Müəyyən dəyişikliklər də ola bilər. Həmişəki kimi yekun heyəti oyun günü açıqlayacağam”.

Roman Qriqorçuk “Lill”lə oyundan sonra Ukraynanın Azərbaycandakı səfirindən təbrik məktubu almasına da toxunub:

“Ukraynanın Azərbaycankı səfiri mənə təbrik məktubu ünvanladı. Bu, çox xoş idi. Bununla fəxr edirəm. Hörmətli insanlara futbolla maraqlandıqları üçün minnətdaram. Futbolun inkişafı baxımından bu, müsbət haldı. Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Birgə çalışdığım insanlara da minnətdara. Hər birimiz futbolun inkişafı üçün çalışırıq”.

Qriqorçuk “Maribor”un güclü rəqib olduğunu qeyd edib:

“Rəqibləri gücünə görə müqayisə etmək istəmirəm. Çünki bu, çox çətin olar. “Maribor” oyun tərzinə görə fərqlənir. Komandanın oyununda məşqçi işi görünür. “Maribor” həqiqətən də güclü rəqibdir”.

“Qəbələ”nin çalışdırıcısı Rəşad Sadiqovun sabahkı görüşdə meydana çıxa bilməməsinə belə münasibət bildirib:

“Heyətdə itkinin olması hər zaman çətindir. Rəşad komandamızda aparıcı fiqurdur. Yaşının çoxluğuna baxmayaraq, bu mövsüm o, oyununu xeyli yaxşılaşdırıb. Lakin şikayətlənə bilmərik, bundan problem yaratmaq fikrində deyilik”.


Müəllif:

Oxşar xəbərlər