Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani ¼ final mərhələsində iranlı Mehdi Xudabəxşi ilə qarşılaşıb.
Trend-in məlumatına görə, təmsilçimiz ikinci görüşündə də inamlı qələbə qazanıb – 17:5.
Beləliklə, taekvondoçumuz yarımfinal mərhələsinə yüksəlib.
X X X
17:30
Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.
Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani mübarizəyə qoşulub.
80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.
İdmançımız ilk hissədə rəqibindən 4 xal alıb. İkinci hissədə hesab 11:4 M.Harçeqaninin xeyrinə olub. Üçüncü hissədə də rəqibinə aman verməyən taekvondoçumuz növbəti mərhələyə yüksəlib - 13:6.
Təmsilçimizin növbəti mərhələdə rəqibi iranlı Mehdi Xudabəxşi olacaq.