Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.
Teleqraf.com-un xəbərinə görə, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov 97 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
Xetaq Qazyumov 1/8 final mərhələsində iranlı Reza Yazdani üzərində qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.