22 Avqust 2016 01:05
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu".

Teleqraf.com-un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Rio-2016-nın boks üzrə gümüş mükafatçısı Lorenso Sotomayor deyib.

O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib:
"Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi".

Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.


Müəllif:

Oxşar xəbərlər