25 Avqust 2016 22:41
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində baş tutan "Qarabağ" - "Höteborq" oyununda maraqlı hadisə baş verib. Epizodların birində zədələnən qonaq komandanın futbolçusu Mikael Boman görüşü davam etdirə bilməyib.

Həkimlərin müdaxiləsindən sonra futbolçunun xərəklə meydançadan kənara çıxardılması zamanı xərəyi daşıyan uşaqlardan biri yıxılıb. Bunun nəticəsində həmin uşağın da ayağı zədələnib. Belə olan məqamda isə "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli köməyə çatıb.

Təcrübəli albaniyalı oyunçu əsl "fair-play" nümunəsi göstərərək rəqib həkimlərə oyunçunun kənara çıxaraılmasına kömək edib. Onun bu hərəkəti stadiondakı fanatlar tərəfindən alqışlarla qarşılanıb.

/Milli.az/


Müəllif:

Oxşar xəbərlər