İngitərə Premyer Liqasının III turunda dünən keçirilən "Hall Siti" - "Mançester Yunayted" matçında (0:1) qonaqların azarkeşlərindən biri xəsarət alıb.
Teleqraf.com-un qol.az-a istinadən məlumatına görə, matçın son dəqiqəsinə qədər qol gözləyən fanatlar 90+2-ci dəqiqədə Markus Reşfordun qoluna seviniblər.
Lakin futbolçularla sevincini bölüşmək istəyən çılğın azarkeşlərdən biri yıxılaraq ayağını qırıb. Stadionun tibb işçiləri onu dərhal xətəxanaya aparıb.