Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində ədaləti təmin edəcək.
A.Xudiyev sentyabrın 6-da keçiriləcək Makedoniya – Şimali İrlandiya oyununun hakim-inspektoru funksiyasını yerinə yetirəcək. Qarşılaşma Skopyedə oynanılacaq.