3 Sentyabr 2016 09:12
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın hücumçusu Kriştianu Ronaldonun müalicəsi davam edir.

Teleqraf.com-un qol.az-a istinadən verdiyi xəbərə görə, AVRO-2016-nın finalında zədə alan portuqaliyalı futbolçu hələ də yaşıl meydanlara qayıtmayıb. La Liqanın ilk iki turunda meydana çıxmayan Ronaldo,
Portuqaliyanın Cəbəllütariqə qarşı keçirdiyi yoxlama görüşündə də forma geyməyib.

Bu gün portuqaliyalı futbolçu sosial şəbəkədə məşq edərkən çəkilmiş fotosunu yayıb. Fotonun yanında isə “Tezliklə qayıdıram” sözləri yer alıb. Bununla ulduz futbolçu qısa müddətdə meydana qayıdacağına işarə vurub.


Müəllif: