3 Sentyabr 2016 12:39
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan millimiz 8:1 hesabı ilə qələbə qazanıb. Oyunda Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqləniblər.

Komandalar arasında növbəti oyun sentyabrın 3-də “ABU Arena”da keçiriləcək.


Müəllif: