UEFA İtaliyanın "Roma" klubunun iki futbolçusunu cəzalandırıb.
Teleqraf.com-un qol.az-a istinadən yaydığı xəbərə görə, bunlar Daniele de Rossi və Emersondu.
Hər iki futbolçu Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.
Kapitan De Rossi 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçusu Maksi Pereyraya 3 ay meydana çıxa bilməyəcək.
Emerson isə iki oyunluq cəzalandırılıb.
Qeyd edək ki, E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu "Viktoriya"nın qonağı olacaq.