4 Sentyabr 2016 15:39
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan ilə qarşılaşacaq. İkinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışacaq. Qadınlardan ibarət komandalarımızın rəqibləri isə Polşa, Almaniya və Qırğızıstan milliləri olacaq.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət birinci komandası hazırda 4 xal toplayaraq Rusiya və Polşa ilə birgə 1-3-cü yerləri bölüşür. Qadınların mübarizəsində Çin, Rusiya və Litva 4 xalla liderlər sırasındadır. Qadınlardan ibarət əsas komandamız turnir cədvəlinin 19-cu pillədə yer alır.


Müəllif:

Oxşar xəbərlər