Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya oyunlarında 5 günlük idman mübarizəsindən sonra Çin medalların sayına görə liderliyini qoruyur.
APA-nın məlumatına görə, Çin yığması 50 qızıl, 40 gümüş və 28 bürünc medal qazanıb.
Böyük Britaniya 28 qızıl, 16 gümüş, 19 bürünc medalla ikinci, Ukrayna 22 qızıl, 19 gümüş və 20 bürünc medalla üçüncü pillədə qərarlaşıb.
ABŞ yığması dördüncü yerdə qərarlaşıb (16-17-13). Azərbaycan yığmasının hesabında isə bu günədək 6 medal var.
Sentyabrın 18-dək davam edən yarışlarda idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarış keçirilir. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.