28 İyun 2014 15:59
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin hücumçusu Neymar maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan ulduz futbolçu 2010-cu ildə "Çelsi" klubunun onu istədiyini etiraf edib:

"2010-cu ildə "Çelsi" məni istəmişdi. Lakin həmin vaxt Pele mənə zəng edərək Braziliyada qalmağı xahiş etdi. O, mənə öz karyerası, qazandığı titulları və aldığı təklifləri xatırlatdı. Qərar qəbul etmək mənim üçün çox çətin idi. Ancaq düşünürəm ki, ailəm, dostlarım və karyeram üçün düzgün qərar vermişəm".

Qeyd edək ki, Neymar ötən il "Santos"dan "Barselona"ya transfer olunub.


Müəllif:

Oxşar xəbərlər