27 Sentyabr 2016 23:16
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Teleqraf.com xəbər verir ki, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandasını qəbul edib.

"Əlincə Arena"da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri ediblər. İlk dəqiqələrdən hücuma keçən "Neftçi" 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab dəyişməyib və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə "Neftçi" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Sumqayıt" isə 7 xalla "Kəpəz"lə 4-5-ci pillələri bölüşür.


Müəllif: