Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası 15 ayadək azaldılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.
29 yaşlı idmançı 26 aprel 2017-ci ildən tennisə qayıda bilər.
Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan Şarapova 2 illik tennisdən uzaqlaşdırılmışdı.